29.04.2018-ci il tarixdə Gəncə şəhər "Şans" Tibb Mərkəzinin fəaliyyətinin 10 illiyi münasibətilə "Gəncə" Əyləncə Mərkəzində şənlik tədbiri keçirildi.
Tədbirdə "Şans" Tibb Mərkəzinin həkim kollektivi, Gəncə şəhəri və Xocalı rayon İcra Hakimiyyətinin məsul işçiləri, ziyalılar və digər qonaqlar iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan "Şans" Tibb Mərkəzinin baş həkimi, pediatr-cərrah Nofəl Qasımov çıxışında Mərkəzin 10 il ərzində fəaliyyətindən, görülən xeyriyyə işlərindən danışdı.
Şən musiqi altında keçən tədbirdə qonaqlar çıxış edərək "Şans" Tibb Mərkəzində xidmət göstərən həkimlərin yüksək peşəkarlığından söz açdılar. "Şans" Tibb Mərkəzinə uğurlar arzuladılar.
Sonda qabaqcıl həkimlər və tibb bacıları rəhbərlik tərəfindən təşəkkürnamə ilə təltif edildilər.